“40 DİREKTOR ONA HESAB VƏ HESABAT VERİR...” – Deputatdan sensasiyalı açıqlamalar

“Orta məktəblərdə direktorların rüşvətlə təyinatı barədə mətbuatda xeyli sayda yazılar dərc olunub. Mənə xeyli sayda insanlar direktor təyinatı zamanı süni maneələrə rast gəldikləri barədə müraciətlər edirər. Təyin olunmuş direktorların əksəriyyətinin məktəbdə davranışları onların təsadüfi şəxslər olmaları barədə dərhal təəsürat yaradır. Uşaqlar arasında ayrıseçkilik yaradırlar, 10-11-ci sinifdə uşaqların dərslərdə iştirak etməməsi üçün valideynlərlə sövdələşirlər. Məktəbə şəxsi kommersiya obyekti kimi baxırlar… İnsanlarla qaba rəftar edirlər”.

“AzPolitika.info” xəbər verir ki, bu sözləri təhsil eksperti, millət vəkili Etibar Əliyev “Yenisabah.az” saytına müsahibəsində deyib.

O qeyd edib ki, təhsil sahəsindəki problemlərlə bağlı çıxışlarına Təhsil Nazirliyi çox vaxt cavab vermək haqqını Bakı Şəhər Təhsil İdarəsinin üzərinə qoyur. “Onların verdiyi cavablar isə 164 nömrəli məktəbdə baş verən “Georgi lenti” hadisəsinin cavabına bənzəyir”, - o əlavə edib.

E.Əliyev vurğulayıb ki, məktəb direktorlarının təyinatında qruplaşmalar mövcuddur və bu qruplaşmanın ən böyüyünün başında Təhsil nazirinin keçmiş müavini Məhəbbət Vəliyeva durur: “Onun 40-a yaxın məktəb direktoru var, indi də ona hesabat və hesab verirlər. Hətta onun məktəb direktoru təyin etdiyi adamlar belə, digər məktəblərə direktor təyin etdirirlər. Orta təhsildə rüşvətin dərinləşməsində və təhsil mühitinin darmadağın edilməsində bu qadının müstəsna rolu var. İndiki Bakı Şəhəri Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva onun təlimatları əsasında işləyir və böyük bir idarəni intriqa məkanına çevirib. Heç şübhəniz olmasın ki, Məhəbbət Vəliyeva hansısa anti-Azərbaycan şəbəkələrinin birinin üzvüdür. Və arxasında duranı da hamı tanıyır…”

Millət vəkili daha sonra bildirib ki, M.Vəliyeva orta məktəbdən topladığı milyonlar hesabına 2021-ci ilin sonunda Moskvada bir neçə mərtəbəli “Estetik Mərkəz” açıb. “Görün, vəziyyət nə həddədir ki, bu mərkəzin açılışında iştirak etmək üçün Mehriban Vəliyeva 2021-ci ilin dekabr ayında bir həftəlik məzuniyyət götürür. Sonra da rəfiqəsinin Moskvadakı obyektinin açılışına qatılır. Bir məsələ də var. Hətta Məhəbbət Vəliyeva üçün Təhsildə İnnovativ Texnologiyalar və Əlavə Təhsil Mərkəzi deyilən bir departament də yaradıblar. Bu mərkəzə heç bir əhəmiyyəti olmayan təlimlər üçün yüzminlərlə vəsaitlər köçürülür”, - deputat qeyd edib.

E.Əliyev əlavə edib ki, Təhsil Nazirliyinin yanında İctimai Şuranın iclaslarında belə məsələləri dəfələrlə qaldırıb, konkret adlar da çəkib: “İctimai Şuranın iclaslarında Nazirliyin Mərkəzi Aparatında yüksək vəzifə tutan şəxsləri də kəskin tənqid etmişəm. Nazirliyin Mərkəzi Aparatında Dünya Bankının milyonlarla dollar vəsaitini talayıb, indi də yüksək vəzifə tutan şəxsdən tutmuş, nazir müavini birisinin yarıtmaz fəaliyyətini kəskin şəkildə tənqid etmişəm. Yeri gəlmişkən, Dünya Bankının vəsaitinin dibinə daş atan Elvin Rüstəmov indi də məktəb qrantlarına ayrılan vəsaitləri mənimsəməklə məşğuldur. Özü də açıq-aşkar, heç kimdən çəkinmədən. Mən Pesablama Palatasından bu işin auditinin aparılmasını xahiş etmişəm, lakin nəticə yoxdur.

Əgər “Şura” sözünün qarşısında “İctimai” sözü dayanırsa, bu məslələr ictimailəşməlidir. Təhsillə bağlı heç bir məsələ qapalı qala bilməz. İdarəetməni dəstəbazlıq və şəbəkə prinsipi üzərində quranlar, İctimai Şurada da parçalanma yaratmaq istəyirlər. Ancaq ümid edirəm ki, buna nail ola bilməyəcəklər. Düşünürəm ki, Şurada kifayət qədər təcrübəli şəxslər təmsil olunur və məqsədləri təhsilin inkişafına mane olan halların aradan qaldırılmasıdır”.

“Bildirmisiniz ki, bir biznesmenin 10 müavini direktor təyin edilib. Biznesmenin məktəb direktoru olmaq arzusu nədən qaynaqlanır? Orta məktəb direktorluğu biznesdən o qədərmi gəlirli sahədir ki, öz iş yerlərini dəyişməyə həvəsli olurlar?” Bu suallara cavabında millət vəkili deyib ki, həmin biznesmen adam direktor təyinatlarında qruplaşmaların birinin rəhbəridir: “Onun təyin etdirdiyi direktorların əksəriyyəti müavinləri olub. Bu, təsadüfi deyil. Biz qüsurları işıqlandırdıqca bunlar daha da saymazyana hərəkətlərini genişləndirirlər. Məktəb dəyərlərini aşındırmaq, qrup maraqlarına qurban vermək olmaz. Ölkənin gələcəyi məktəblərdə formalaşır. Təhsili idarə etmək iddiasında olanlar bu cür qrup maraqlarından çıxış edənlərə hədsiz səlahiyyət verməklə məktəbi onların bayağı biznes təfəkkürünün qurbanına çevirirlər. Sualın cavabı kimi onu da deyim ki, direktor seçimi imtahanlarına müdaxilə edənlərdən biri də bu biznesmendir, Fuad Babayev… Həssas paytaxt ümumtəhsilinin idarəedilməsində vəzifə tutan və birbaşa məktəblərə nəzarət edən şəxsin adı və ünvanları göstərilməklə neçə-neçə biznes obyekti ictimailəşirsə və daha səlahiyyətli şəxslər buna reaksiya vermirsə, deməli törədilən əməllər özfəaliyyət deyil”.

E.Əliyev vurğulayıb ki, təhsil sistemində baş verənləri sərt tənqid etməsi nazirliyin rəhbərliyi ilə bağlı deyil: “İctimaiyyət mənim illərdir ki, tənqidi fikirlərimə şahidlik edir. Və zaman da göstərdi ki, biz neqativlərə qarşı mübarizəmizdə haqlıyıq. İndiki halda da yalnız ictimai mənafedən çıxış edərək ən qabarıq problemləri göstəririk. Konkret olaraq mənim nazirliyin rəhbərliyi ilə heç bir problemim yoxdur. Və nazirlə görüşlərdə də kifayət qədər tənqidi fikirlər səsləndirmişəm. İnsafən o da bir çox halda bunlarla razılaşıb.

Nazir bağçadan tutmuş, ali təhsil müəssisələrinə qədər rasional idarəetmə mexanizmi qurmalıdır. İdarəetmənin təkmilləşməsi nazirliyin Mərkəzi Aparatından başlamalıdır. Təhsildəki qruplaşmalar, dəstəbazlıq və kənar müdaxilələr nazirin işinə ciddi maneçiliklər törədir. Ola bilsin ki, o, müqavimət göstərir, lakin ciddi dəyişiklik nəzərə çarpmır. Dialoq mühiti sıfırdır. Zaman isə bizi gözləmir, bizim nəsilləri itirmək haqqımız yoxdur”.

Millət vəkili daha sonra təkliflərini açıqlayıb: “Şagirdlərin məktəbdən yayınmasının qarşısı alınmalıdr. Şagirdlərin bilərəkdən məktəbdən yayınmasını təşkil edib, bundan milyonlar qazananlar bu millətin gələcəyinə çox ağır zərbələr vururlar. Uşaqlar məktəbdə təkcə biliklər qazanmırlar, tərbiyə alırlar, fiziki və hərbi hazırlıq keçirlər. 10-11-ci sinif şagirdlərinin kütləvi şəkildə məktəbdən yayınmaları onları bu dəyərləri qazanmaqdan məhrum edir. Uşaqları məktəblərə qaytarmaq lazımdır. Qəbul prosesinin sadələşdirilməsi hesabına başa gəlsə də, bunu etmək lazımdır. Orta məktəbə direktor təyin olunanların bioqrafiyası cəmiyyətə təqdim olunmalıdır. Bunu gizlətmək olmaz. Mən Akademiyada çalışdığım illərdə xeyli istedadlı gənc alimlər tanımışam. Onların içərisindən marağı və müvafiq kompetensiyaları olanları məktəb rəhbərliyinə cəlb etmək lazımdır. Onlar indiki təyin olunanların əksəriyyətindən daha böyük fayda verə bilərlər”.

“AzPolitika”

635x100

Şərhlər

neriman seyfeli 2022-05-22 18:39:43

Olke berbad haldadir..... Moskva bu olkeye ele divan tutmayib ki, tezlikle duzele!

Vətəndaş 2022-05-21 12:29:54

Eribar bəy bu materialı Baş Prokurorluğa göndərməlidir....Axı dərc olunanlar bir başa cinayət tərkiblidir......O zaman sayt həmin mayerialı hüquq mühafizə orqanlarına təqdim etmlidir.Çünki cinayət tərkibli materaiallat saytda 1-2 gündən sonra silinməməli, faktların araşdırılaraq nəticə verməsi üçün hüquq mühafizə orqanlarına göndərilməlidir.Çünki belə faktların gizlədilməsi cəmiyyətini.ziyanınadır.

nazim 2022-05-21 10:41:02

Dəyirman öz işindədi,çax çax baş ağrıdır

M.Əsgərov 2022-05-21 09:08:21

belə ciddi qüsurlar bir çox sahələrdə də movcuddur

A.Məmmədov 2022-05-20 23:01:34

Hörmətli millət vəkili! Qeyd etdiklərinizi Prezident Administrasiyasının şöbə müdirləri Fuad Ələsgərov və Fərəh Əliyeva bilmirlər? Hardan bilsinlər? Şikayətçiyə qulaq asmadan onları yola verməklə məşğuldurlar. Bunad başqa, kimdən şikayət edirsənsə, şikayətini həmin adamın üstünə göndərirlər. 7 aprel tarixində Fərəh Əliyevanın qəbulunda olmuşam. Bu qəbul yox, biabırçılıq idi. Gündüz saat ikidə yüz nəfəri ikinci mərtəbəyə yığdılar. Doqquz saat 15 dəqiqə ayaq üstə durandan sonra, məni üç dəqiqəliyə bu xanımın yanına buraxdılar və onun əməkdaşı məni müraciət edəcəyim məsələ ilə əlaqədar danışmağa imkan vermədi. Müraciətimi yazılı şəkildə bu xanıma verib, kor-peşman evə qayıtdım. Bir aydan çox vaxt keçib, cavab yoxdur. Hörmətli millət vəkili! Zəhmət olmasa, Vətəndaşların Qəbulu Mərkəzinə hərdən bir baş çəkin və baxın-görün insanlarla nə cür rəftar edirlər.

Vəli 2022-05-20 22:21:37

Bir qadın direktor tanıyıram ki, direktor olana kimi çox sadə yaşamı vardı. İndi Bakıda milyon yarımlıq villası, magaza və gözəllik salonu, Mərdəkanda dəniz kənarında böyük ba evi, iki ədəd bahalı maşını, Türkiyədə 100 hektar torpağı, İstanbulun mərkəzində villası, Bodrumda evi var. 18 ildir direktorudur. Bunlar hələ bildiklərimdir.....

Eli 2022-05-20 17:20:28

Etibar beyin dedikleri düzdürse,yeqin ki,düzdür bes onda miye tedbir görülmğr,yeni bizim tehsil heç kime lazım deyil iki üç yolunu azmış milletin taleyini hell edir, hamı ds susur bes millet kime desin derdini.

Ceyhun 2022-05-20 17:07:04

Rəylər niyə dizlədilir?

vətənindaşı 2022-05-20 12:56:49

DİM-in fəaliyyətindəki qanununsuzluqlar təhsil nazirliyindən 10 qat coxdur-...

oleq 2022-05-20 12:21:46

çox haqlısınız,vaxtı ilə çox sevdiyim müəllimlikdən ayrılmalı oldum,çünki bütöv rayon məktəbləri üzrə təyin edilən direktorların böyük əksəriyyəti işbazlar oldugu üçün təhsilimiz uçruma getdi,onlar məktəbi gəlir mənbəyinə çevirdilər.Məktəb və təhsil adamları xalqını sevən,savadlı və hörmətli adamlar olmalıdırlar,yoxsa bu xalqın taleyinə kim cavab verəcək ki ?Yoxsa təhsilin millət ,dövlət üçün ən strateji sahə oldugunu anlamayana qədər biz məhvə gedəcəyik,gələcəyimizin təhsilə alternativi yoxdur.

Roma 2022-05-20 11:01:58

Çox gözəl araşdırma və yazı, sizinlə tam razıyam və şoxdandır ki, BŞTİ-nin müdiri, Məhəbbət Vəliyevanın təhsilə yad əməllərini izləyirəm. Bu adam Dövlətçiliyə meydan oxuyur və hal-hazırda belələrinin hörməti daha çoxdur, nəinki halal doğru-düzgün insanların...İşdən azad edilib, araşdırılmalı və həbs olunmalıdır...

t.ədalət 2022-05-20 09:49:57

Uşaq vaxtı eşitdiyim sürücülərə aid bir lətifə yadıma düşdü.Biri digərinə deyirdi ki,ə,maşını sürdüyün yerdə qarşına çay çıxsa,ordan necə keçirsən?Digəri də cavab verirdi ki, təkərlərin altına pul düzüb maneəni dəf edirəm.Onlar "çay" dedikdə axarı olan nəhri yox,yolda dayanan DAM işçilərini nəzərdə tuturdular.İndi də məktəb direktorları elə.150-200 min manatlarından keçib vəzifəyə təyin olunurlar."Hər şeyin alınıb-satıldığı" ölkədə qanun axtarmaq səfehlikdir..

Cəmil 2022-05-20 09:26:59

Məqaıədə hüquq mühafizə orqanları üçün cinayətkarlardan birinin adı,40 rüşvətlə təyin olunanlarln sayı bəlli olduğu halda (bu 40 nəfərin kimliklərini məqalə müəllifi aydınlaşdrar ) lkifayət edici qədər faktlar göstərildiyi halda niyə cinayət işi başlanılmır və ya heç olmasa bu barədə mətbuata məlimat verilmir? Axı bu hal ağır cinayətlərdən xəbər verir və insanların gözü qarşısında baş verur1

Cabir Cabbarov 2022-05-20 09:19:36

Təhsili korlayanlar tüşvətlə və tanışlıqla başda oturdulanlardır.Təhsildə gəlirgözləçək,üşvəti genişləndirmək Azərbaycama müharibədən də ağır strateji zərbədir.Ölkənin gələcəyi məhv edilir,gənclərin bilik səviyyəsi pozulur,tüfeyli həyata maraq artırılır,psixoloji cəhətdən gənclik məhv edilir.Bu ciddi hallara qarşı kompleks tədbirlər görülməlidir.Belə hallar və faktlar isə hüquq-mühafizə orqanlarının bir nömrəli işi olmalıdırBu ciddi sahə möhtərəm Prezidentin nəzarətində omalıdır..

Nariq Verdiyev 2022-05-20 09:02:08

Azərbaycanda gənclər belə yerişdirilir?Bəs bunu müvafiq orqanlar görmür və bilmir?Etibar bəy bu faktları Baş Prokurorluğa,DİN göndərməli və arxasında durmalıdır.Bu çox ciddi və vacib məsələ lduğundan hüquq-mühafizə orqanlarının diqqətini çəkməli və gücikmədən cinayət işi açmalıdırlar.belə hallarla gənclik hara ürükləndiyinin fərqinə varılmalıdır.Təhsil nazirliyi də dərhal reaksiya verməlidir.

Son yazılar