Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı ölkələri səhiyyə nazirlərinin görüşü keçirilib

Mayın 20-də Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin videokonfrans formatında görüşü keçirilib.

"Report"un xəbərinə görə, iştirakçıları salamlayan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycanın ÜST-nin beynəlxalq təşəbbüslərinin həyata keçirilməsinə mühüm töhfə verdiyini qeyd edərək, beynəlxalq konfransın işinə uğurlar arzulayıb.

Səhiyyə naziri Teymur Musayevin moderatorluğu ilə baş tutan videokonfrans Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyası ərəfəsində Qoşulmama Hərəkatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin qlobal səhiyyə problemləri və onların müvafiq həll yollarını müzakirə etmək məqsədilə təşkil olunub.

Teymur Musayev 2020-ci ilin əvvəlində dünya ölkələrinin COVID-19 pandemiyasına məruz qaldığı dövrdə Azərbaycanın Hərəkata sədrliyinə məsuliyyətlə yanaşmasını diqqətə çatdırıb.

O, Azərbaycanın pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün bir sıra təşəbbüslər irəli sürdüyünü deyib: “Prezident İlham Əliyevin təklifinə əsasən, 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilib, dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası təşkil olunub. Azərbaycan, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib, onun yarısı Qoşulmama Hərəkatının üzvlərinə birbaşa yardım idi. Bundan əlavə, koronavirusa qarşı mübarizələrini dəstəkləmək üçün Qoşulmama Hərəkatının üzvləri daxil olmaqla, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərilib. Azərbaycan təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə edib”.

Öz çıxışlarında Qoşulmama Hərəkatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirləri Azərbaycanın "peyvənd millətçiliyi"nə və peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınmasına qarşı narazılığını açıq şəkildə ifadə etməsini yüksək qiymətləndirdilər. Onlar peyvəndlərin dövlətlər arasında qeyri-bərabər və ədalətsiz şəkildə bölünməsini Qoşulmama Hərəkatına üzv ölkələrin əhalisini qorumaq imkanından məhrum etdiyini diqqətə çatdırışblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar