Brüssel görüşü ilə bağlı İrəvandan açıqlama - "Sənəd imzalanmayacaq, amma..."

"Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel və Azərbaycan Prezidenti İlham Əliyevin Brüsseldə keçirəcəyi üçtərəfli görüşündə hər hansı sənədin imzalanması gözlənilmir".

"AzPolitika.info" xəbər verir ki, bunu yerli mətbuata açıqlamasında Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

O, sözgedən görüşün gündəliyinin məxfi olması ilə bağlı tənqidlərə cavab verib: "Bu, ən azı qəribə tənqiddir, çünki Azərbaycanla müzakirələrimizin hazırkı gündəliyi məlumdur. Bunlar bizim və Azərbaycanın münasibətlərin normallaşması və ya sülh danışıqlarının başlanması üçün təqdim etdiyi təkliflərdir. Orada Qarabağ münaqişəsinin həlli, əsirlərin geri qaytarılması və müharibədə itkin düşənlərin taleyinin müəyyənləşdirilməsi, habelə bloklanan regional kommunikasiyalar, delimitasiya və demarkasiya, o cümlədən sərhəd təhlükəsizliyi üzrə ikitərəfli komissiyanın işinə başlaması ilə bağlı məsələlər əks olunub. Bunlar əvvəlki görüşlərdə müzakirə olunan gündəmdir".

Qriqoryan əlavə edib ki, Brüsseldə hər hansı sənədin imzalanması planlaşdırılmır: "Çünki, məsələn, Baş nazirin müavinlərinin həmsədrlik etdiyi regional kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupu var və ən yüksək səviyyədə əldə olunmuş razılaşmaların müzakirəsi bu formatda davam etdirilməlidir. Eyni şeyi işçi formatlarda daha ətraflı müzakirə olunan digər məsələlər haqqında da demək olar. Ona görə də Brüsseldə heç bir sənədin imzalanması nəzərdə tutulmur. Müzakirələrin yekunlarına dair bəyanatın olacağı gözlənilir".

"AzPolitika.info"

635x100

Şərhlər

Eli 2022-05-21 15:34:34

Putinin ve Rusiyanın zeherli başları ezilib dağıdılmasa bu şerefsiz ermeniler hele çıx “qucaqdan qucağa “ atılmağa cehdler edecekler.

Son yazılar