“1991-ci il sərhədindən savayı heç bir sərhəd tanımıram” - Ukrayna kəşfiyyatının başçısı

“Ukraynayəks-hücumunu sürətləndirmək üçün təclili olaraq orta və uzaq mənzilli raket komleksləri, iri kalibrli artileriya və zərbə aviasiyası lazımdır. Rusiya ordusu ərazilərimizdən qovulana qədər Ukrayna döyüşəcək”.

Bu barədə «The Wall Street Journal» nəşrinə müsahibəsində Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov bəyan edib.

“Mən, 1991-ci il sərhədindən savayı heç bir sərhəd tanımıram» - deyə, Budanov bildirib.

“Ukraynanı münaqişəni dondurmağa kim məcbur edə bilər? Bu, bütün ukraynalıların müharibəsidir. Əgər kimsə dünyada düşünürsə ki, Ukraynaya şərtlərini diktə edə bilər və onun sözü ilə ölkə müdafiə olunla bilər və ya bilməz, o, ciddi səhv edir” – deyə, əlavə edib.

Budanov qeyd edib ki, əks-hücum üçün Ukraynaya təcili olaraq, orta və uzaq mənzilli raket kompleksləri, iri kalibrli artileriya və zərbə aviasiyası lazımdır.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar