Türkiyədə tələbələri daşıyan avtobus qəzaya uğrayıb - Ölən və yaralananlar var + VİDEO
Baxiş sayı:
Dərc olunub:
22/05/2022 - 12:01
Türkiyədə ağır yol qəzası baş verib. Hadisə Niğde əyalətində, yerli vaxtla saat 4 radələrində qeydə alınıb.
Konya Səlcuq Universitetinin tələbələrini daşıyan avtobus Güney rayonu yaxınlığında aşıb. Hadisə zamanı tələbələrdən ikisi həyatını itirib, daha 42 nəfər yaralanıb.
Hadisə yerinə təcili yardım, polis cəlb edilib. Yaralılar Niğde və Ulukışla xəstəxanalarına aparılıb. Onlardan 5-nin vəziyyəti ağırdır.
Qəzanın başvermə səbəbi hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Son yazılar
13:33
Ermənilər Azərbaycanla delimitasiyaya etiraz olaraq bir neçə avtomobil yolunu bağlayıb - VİDEO
Şərhlər
Ölənlərə Allah rəhmət eləsin! Yaralananlara isə şəfa diləyirik!