Menu

Azərbaycanda 41 yaşlı alim intihar edib - YENİLƏNİB

23.05.2022, 14:46
Azərbaycanda 41 yaşlı alim intihar edib - YENİLƏNİB

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Emil İsgəndərlinin intihar etdiyi məlum olub.

“Report” xəbər verir ki, o, ötən gün çoxlu miqdarda dərman qəbul edərək həyatına son qoyub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

***

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Emil İsgəndərli vəfat edib.

“Report” xəbər verir ki, o, 41 yaşında qəfildən dünyasını dəyişib.

Qeyd edək ki, E.İsgəndərli 1981-ci il noyabrın 18-də anadan olub. Əhəmənilər dövrü arxeologiyası üzrə mütəxəssis Bakı Dövlət Universitetini bitirib.

Şərhlər

İlham 2022-05-23 15:48:48

İllərlə bu institutun adı belə KİV- də görünməzdi. Bu gün iki dəfə burdan məlumat gedib və burda dava və qırgindır. Allah rəhmət eləsin. Görəsən E. İsgəndərli Abbasla Zaurun bu günkü davasında harayçılıq edəndə bada getməyib ki?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol