RUS SÜLHMƏRAMLILARININ SABİQ KOMANDİRİ YARALANIB? - Bacısı oğlu öldürüldü + FOTO (Yenilənib)

Rusiya Cənub Hərbi Dairəsi komandanının müavini, Qarabağdakı rus sülhməramlıların keçmiş komandiri general-leytenant Rüstəm Muradovun bacısı oğlunun Ukraynada həlak olduğu, özünün isə yaralandığı haqda xəbərlər yayılıb.

Həmin məlumatda iddia olunur ki, 27 yaşlı Salman Süleymanov tağım komandiri olub və o, hərbi əməliyyat zamanı ölüb.

Rüstəm Muradov haqqin.az-la telefonla əlaqə saxlayıb və bacısı oğlunun Ukraynada ölməsi ilə bağlı məlumatı təsdiqləyib.

Eyni zamanda, Muradov Ukraynadakı döyüşlər zamanı xəsarət alması ilə bağlı xəbərləri təkzib edib.

***

Rusiya Qəhrəmanı, Cənub Hərbi Dairəsi komandanının müavini, Qarabağdakı rus "sülhməramlıları"nın sabiq komandiri, general-leytenant Rüstəm Muradovun bacısı oğlu Ukraynada hərbi əməliyyatlar zamanı həlak olub.

BAKU.WS xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.

Məlumata görə, 27 yaşlı Salman Süleymanov tağım komandiri olub. Yanvarın əvvəlində o, həmkarları ilə birlikdə Ukrayna ilə sərhədə aparılıb. Onun döyüşlər zamanı öldüyü deyilir.

General-leytenant Muradovun özü də həmin vaxt xəstəxanada yaralı olub. General bacısı oğlunun dəfn mərasimi üçün xəstəxanadan məzuniyyət götürüb.

635x100

Şərhlər

ukraynalı! 2022-05-23 18:26:38

muradovun özü niyə gəbərməyib görəsən?

RR 2022-05-23 18:00:59

Cehenneme qedib ))))

t.ədalət 2022-05-23 13:04:12

"Su səhəngi suda sınar"-deyiblər.Xəyanətkar da elə.Özünün xain əməllərinin qurbanı olur.Rüstəm Muradov,Nacmuddin Sadıkov kimi rus "fədakarları" Putinin sayəsində qanunlar qarşısında dayanmaqdan yayınsa da Allahın cəzasından yayına bilməyəcəklər!

Elcin 2022-05-23 12:40:05

Ukraynalilar bizim heyfimizi cixir

Son yazılar