Menu

"Reketçiliklə məşğul olmaq istəyən təşkilatlar var" - PA-nın sektor müdiri

23.05.2022, 14:14
"Reketçiliklə məşğul olmaq istəyən təşkilatlar var" - PA-nın sektor müdiri

“Hazırda 200-ə yaxın təşkilat var ki, onların qeydiyyata alınmaqla bağlı müraciətləri var”.

“Report”un xəbərinə görə, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, araşdırmaların nəticəsində məlum olub ki, onların da böyük əksəriyyəti reketçiliklə məşğul olmaq istəyirlər:

“Ona görə də hesab edirəm ki, hər müraciət edəni qeydiyyata almamalıyıq”.

Şərhlər

t.ədalət 2022-05-23 14:40:53

Ən böyük reketçilər icra hakimiyyəti başçılarıdır.Onların əlindən camaat bilmir neyləsin.Hər işə görə aylıq yığırlar,pulsuz heç bir adama güzəşt etmirlər.QHT və mətbuatı "reketçiliklə" şantaj" edənlər isə oliqarxlardır.Onların qanunsuz hərəkətləri,sərhədləri aşan oğurluq və talan yolu ilə "qazandıqları" pullar haqqında xalqa verilən məlumatlardan ehtiyat edib ,ilk növbədə jurnalistləri qorxudub dayandırmaq üçün onları şantaj edirlər.Odur ki,reketçiliyi yığışdırmaq üçün dövlət məmurlarını qanuna öyrətməkdən,talançılıqdan çəkinməkdən başlamaq lazımdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol