Menu

DYP avtomobili qəzaya düşüb - Xəsarət alanlar var

23.05.2022, 18:27
DYP avtomobili qəzaya düşüb - Xəsarət alanlar var

Bakıda Heydər Əliyev prospekti-aeroport şosesində yol qəzası baş verib.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli APA-ya bildirib ki, aeroport yolunda “Toyota-Prius” markalı avtomobil xidmətdə olan DYP əməkdaşlarının avtomobilinə çırpılıb.

Nəticədə DYP-nin 2 əməkdaşı və “Toyota-Prius” markalı avtomobilin sürücüsü yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol