Menu

"Müharibənin müddəti Rusiyaya qarşı enerji sanksiyalarından asılıdır" - Prezident Ofisi

25.05.2022, 10:06
"Müharibənin müddəti Rusiyaya qarşı enerji sanksiyalarından asılıdır" - Prezident Ofisi

Ukrayna rəhbərliyi növbəti dəfə beynəlxalq ictimaiyyətə müraciət edib.

“Report” xəbər verir ki, bu barədə ölkə Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviter səhifəsində yazıb.

“Bu gün Avropanın gələcəyi Brüsseldə və ya Davosda həll olunmur. Avropanın gələcəyi Severodonetsk və Baxmut yaxınlığındakı səngərlərdə formalaşır. Bu müharibənin müddəti Rusiyaya qarşı enerji sanksiyaları və bizə silah təchizatının sürətindən asılıdır”, - o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol