Menu

Mobil telefonların qeydiyyat rüsumu ləğv edilib? – Ekspert aydınlıq gətirdi

25.05.2022, 13:46
Mobil telefonların qeydiyyat rüsumu ləğv edilib? – Ekspert aydınlıq gətirdi

Mediada mobil telefonların qeydiyyat rüsumunun ləğvi ilə bağlı xəbərlər yayılıb. Nazirlər Kabinetinin bu sahəni tənzimləyən qərarının ləğv edilməsi belə təqdim edilib.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, bu cür məlumatlar doğru deyil, rüsum ləğv edilməyib: “Sadəcə, artıq xeyli müddətdir ki, bu məsələ qanunla tənzimlənir. Bu baxımdan Nazirlər Kabinetinin bu sahəni tənzimləyən qərarı ləğv edilib. Ləğv olunan qərarda telefonun modelindən asılı olaraq müəyyən olunan rüsumlar indi "Dövlət rüsumu haqqında" qanunda öz əksini tapıb”.

Ekspert əlavə edib ki, əvvəllər mobil telefonların qeydiyyat rüsumundan əldə olunan vəsaitin 30%-i Prezident Administrasiyasında, Prezidentin İşlər İdarəsində və Prezidentin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq, habelə Nazirliyin mobil cihazların qeydiyyatı sistemini saxlamaq üçün istifadə edilirdi.

“Bu məsələni tənzimləyən sənədlərin bir hissəsi də adı çəkilən qanunun qəbulundan sonra ləğv edilib”, - o qeyd edib.

“AzPolitika.info”

Şərhlər

Rabitəçi. 2022-05-25 22:34:32

Bilirsiniz niyə ləğv olunub,Əli Abdulayevin təyin etdiyi poçtakı kadırlar mobil cihazların qeydiyatını saxta apararaq küllü miqdarda vəsaiti mənimsəyiblər,iki üç nömrəli bahalı telfonlarda bir nömrə qeydiyatdan keçirilir qalanları mənimsənilir bir nömrədə ən azı 150 man.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol