Menu

“Elə icra başçıları var ki, həbs edilənlərdən dəfələrlə artıq mənimsəyiblər”- Tahir Kərimli

25.05.2022, 17:14
“Elə icra başçıları var ki, həbs edilənlərdən dəfələrlə artıq mənimsəyiblər”- Tahir Kərimli

“Əvvəlcə cinayəti, hüquq pozuntusunu törədən səbəbləri aradan qaldırmaq lazımdır. Konkret olaraq hansısa hüquq pozuntusuna qarşı mübarizə heç zaman lazımi effekti verməyəcək, epizodik xarakter daşıyacaq. Eyni cinayəti törədənlərin bir qismi məsuliyyətə cəlb olunacaq, bir qismi yox. Çünki bu məsələ qanundan deyil, subyektiv mülahizələrdən, istəkdən asılı olur”.

“AzPolitika.info” xəbər verir ki, bu sözləri Pravda.az saytına açıqlamasında Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli Neftçala rayonunun sabiq icra başçısı İsmayıl Vəliyevin həbs cəzası müddətinin azaldılması barədə danışarkən deyib.

“Ona görə də hüquqi dövlət qurmaq lazımdır. Bundan ötrü vaxtilə çox çalışdıq ki, məhkəmə hakimiyyəti müstəqil olsun, vahid istintaq komitəsi yaradılsın. Hər nazirliyin ayrıca istintaq-təhqiqat orqanları olmasın. Bir əldə güclü təşkilat olsun, bu da heç kimə tabe olmayan məhkəmə hakimiyyətinin tərkibində olsun. Onlar hüquq pozuntularını gördükdə özləri buna qarşı mübarizə aparsınlar”, - o sözlərinə əlavə edib.

T.Kərimli daha sonra ölkədə hədsiz güclü icra hakimiyyətlərinin mövcudluğundan şikayətlənib: “Ali icra hakimiyyəti müəyyən edir ki, kimlər həddini keçib, kimlər qayda-qanunu pozur və məsuliyyətə cəlb olunmalıdır, kimlərsə yox. Bizim kimi keçid ölkələrində hüquqi məsuliyyətə cəlb etmə yalnız yuxarı dairələrin nəzarəti gücləndirdikdə həyata keçirilir”.

T.Kərimli qeyd edib ki, dövlət orqanlarında pərakəndə istintaq var: “Kimsə məsuliyyətə cəlb edilib, sonradan onun cəzası yüngülləşdirilirsə, narazılıq yaranır. Bu məsələlər kampaniya xatirinə olmamalıdır. Hazırda elə icra başçıları var ki, həbs edilənlərdən dəfələrlə artıq mənimsəyiblər. Sual yaranır ki, nə üçün hamıya eyni yanaşılmır? Ona görə də hüquqi sistem sağlamlaşdırılmalıdır. Vaxt çatıb. Artıq Konstitusiyaya, o cümlədən icra hakimiyyətləri sisteminə dəyişikliklər etmək lazımdır”.

“AzPolitika.info”

Şərhlər

Veteran 2022-05-26 11:30:21

Tamamilə doğrudur.

dadaşyev 2022-05-26 08:41:57

İcra başçılarının,bələdiyyə sədrlərinin,nazirlərin,deputatların xalqın nökəri olduqlarını unutmamaları üçün təklif edirəm ki,onların kabinetləri hər bir təmtəraqdan uzaq olsun."Əhməd haradadır" filmindəki tikinti rəisinin otağı var haa,bax elə olsun.Bir stol,bir stul,telefon,bir də özü.Kreslo qətiyyən olmaz,onsuz da gördükləri bir iş yoxdu deyə oturan kimi yuxu basır hamısını.Görəndə ki,bekarçılıqdı,bir dəstə karandaş alsınlar əllərinə,şaqqaşaq fırlatsınlar.Xüsusilə də bələdiyyə sədrləri.İndi deputatlar deyəcəklər ki,biz heç bir iş görmürük ki?A balam,görsəydiniz ən əvvəl Xəzərətrafı hasarları sökdürərdiniz də.Sökdürəmməmisinizsə demək heç bir iş görəmmirsiniz.Aşıq gördüyünü danışar.Hasarlanmış Xəzərsahilləri boyda yekə bir fakt göz qabağında ola-ola nəsə danışmağa ehtiyac var ki?Necə olur, Saakaşvili Odessanın böyüyü olduğu halda oradakı dənizsahili hasarları buldozer gətirib sökdürə bildi,siz deputat olduğunuz halda elliklə buldozer gətirib sökdürəmmirsiniz?Ayıbdu ee,mən ölüm.Daha orada niyə oturmusunuz?Millətə cürbəcür ştraflar yapışdırmaq üçün millət seçib sizləri?

Lalə 2022-05-25 19:46:16

Bəli,məsələn Bərdənin başçısı Vidadi İsayev

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol