Menu

Ukraynadakı müharibə 70-dən artıq ölkədə böhrana və defolta səbəb ola bilər – BMT

26.05.2022, 00:04
Ukraynadakı müharibə 70-dən artıq ölkədə böhrana və defolta səbəb ola bilər – BMT

Ərzaqla, yanacaqla və maliyyə ilə yaranmış və ya Ukraynada müharibə ilə güclənmiş böhranlar kasıb ölkələrdə başıpozuqluq yaratmaqla və 70-dən artıq ölkədə defolt doğurmaqla hədələyir.

Bu barədə Ümumdünya İqtisadi Forumunda (Davos) BMT İnkişaf proqramının administratoru Ahim Ştayner deyib. Xəbəri «The Wall Street Journal» yayıb.

«Biz, bütün gücümüzlə elə reaksiya verməyə çalışırıq ki, bu, böhranın miqyasına uyğun olsun. İnkişaf etməkdə olan bir çox iqtisadiyyatlarda sadəcə, pul qalmayıb» - Ştayner deyib.

Onun sözlərinə görə, yüksək inflyasiya və faiz dərəcələri 70-dən artıq ölkədə defolta gətirə bilər. Bundan əvvəl kütləvi etirazların fonunda Şri-Lanka artıq defolt elan edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol