Menu

Dünyada cəmi 10 həftəlik buğda ehtiyatı qalıb - BMT eksperti

26.05.2022, 00:10
Dünyada cəmi 10 həftəlik buğda ehtiyatı qalıb - BMT eksperti

Dünyada anbarlarda cəmi 10 həftəlik buğda ehtiyatı qalıb - Ukraynada müharibə səbəbilə və ondan yana ki, son həftələr Hindistan buğda ixracını qadağan edib.

Bu barədə ərzaq təhlükəsizliyi üzrə ekspert, kənd təsərrüfatı analitiki, «Gro Intelligence» şirkətinin Baş direktoru Sara Menker BMT Təhlükəsizlik Şurasına bəyan edib.

Onun sözlərinə görə, Ukraynada müharibə yalnız bu problemin üzərinə «yağ səpib». «Mən, ondan başlamaq istəyirəm ki, birbaşa deyəcəm, Rusiya-Ukrayna müharibəsi ərzaq təhləkəsizliyi böhranının səbəbi olmayıb. Bu, sadəcə, çoxdan başlanmış prosesin üzərinə yağ çiləyib - bunu hələ COVİD-19 pandemiyasından əvvəl aşkar etmişdik. Bu böhran bizim tədarük zəncirimizin nə qədər kövrək olduğunu ortaya qoymuşdu», - Menker deyib.

O, əlavə edib ki, hətta əgər müharibə sabah qurtarsa da, bizim ərzaq təzlükəsizliyi problemi yaxın vaxtlarda həmrəy fəaliyyət olmadan yox olmayacaq.

AzPolitika.info

Şərhlər

əski Kral Marks kolxozçusu 2022-05-26 10:17:57

Dünya aləminə və ölkəmizə də Allahımız və bəndələri yardımçı olsun. Güman ki, 20 il var gücümüylə azadlıq müdafiəsinə çalışan dövlətimizin digər fondları kimi çoxillik ərzaq ehtiyatı olmasa da, bir neç illik buğda ehtiyatı olar?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol