Menu

Sloveniyada meymunçiçəyinə ikinci yoluxma qeydə alınıb

26.05.2022, 09:01
Sloveniyada meymunçiçəyinə ikinci yoluxma qeydə alınıb

Sloveniyalı həkimlər ölkədə meymunçiçəyi xəstəliyinə ikinci yoluxma faktını qeydə alıblar.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli İctimai Səhiyyə İnstitutu məlumat yayıb.

Virus İspaniyadan gələn şəxsdə aşkarlanıb. Hazırda epidemioloji araşdırma aparılır.

Ölkədə ilk yoluxma mayın 24-də Kanar adalarından qayıdan şəxsdə tapılıb.

Aprel və may aylarında Qərbi Avropanın bir sıra ölkələrində yayılan meymunçiçəyi virusu digər qitələrdə də aşkarlanıb. Son zamanlar, xüsusilə, Avstraliya, Belçika, Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya, Kanada, Portuqaliya, ABŞ, Fransa, İsveçrə və İsveçdə yoluxma halları qeydə alınıb.

Şərhlər

Razi 2022-05-26 12:28:05

Meymunluq edirlər.İnsanları dolayıblar.Pul mənimsəmək üçün yol tapıblar.Qoymursunuz insanlar sərbəst yaşasın.Guya indiyə qədər düntyada meymun olmayıb?Bu söhbətləri yayanlar elə meymundan da betərdirlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol