Menu

Azərbaycanla Türkiyə arasında dörd sənəd imzalanacaq

26.05.2022, 13:09
Azərbaycanla Türkiyə arasında dörd sənəd imzalanacaq

"Türkiyənin Sənaye və Texnologiya Nazirliyi ilə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında imzalanan birgə əməkdaşlığa dair protokola uyğun olaraq Türkiyədəki texnoparkların bənzərini Azərbaycanda qurmaq niyyətindəyik".

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank deyib.

Onun sözlərinə görə, söhbət startapçılar üçün yaradılacaq məkandan gedir ki, onlar burada öz layihələrini inkişaf etdirə biləcəklər.

"Bununla yanaşı KOB-larla bir anlaşmamız olacaq. Təbii ki, bir nazirlik olaraq biz iki ölkə arasındakı iqtisadiyyatı möhkəmləndirərək 4 sənəd imzalayacağıq",- deyə nazir qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol