Menu

BAKIDA GÜCLÜ YANĞIN - Söndürülməsinə 2 helikopter cəlb olunub + VİDEO (Yenilənib)

26.05.2022, 16:06
BAKIDA GÜCLÜ YANĞIN  - Söndürülməsinə 2 helikopter cəlb olunub  + VİDEO (Yenilənib)

Fövqəladə Hallar Nazirliyindən  bildirilib ki, yanğın “Ulduz” metro stansiyası yaxınlığında sexdə baş verib.Əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Bildirilib ki, bu gün günorta saatlarında Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında plastmas istehsalı sexində yanğın baş verməsi barədə FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri yanğınla mübarizəyə cəlb olunub.

Nazirliyinin qüvvələri tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən sexdə baş vermiş yanğın genişlənməsinə imkan verilməyərək saat 15:06-da məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Bakıda sexdə yanğın başlayıb. "Report"un məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, metronun "Ulduz" stansiyasının yaxınlığında qeydə alınıb.

Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb edilib.

Əlavə məlumat veriləcək.

Şərhlər

Mustafaoğlu 2022-05-26 23:21:56

Yanğınların səbəbləri kökjlü surətdə araşdırılmalıdır ? Şəki Bazarında yanğın baş verdi, yüzlərlə sahibkarın malı yandı, ancaq bazarın müdüri Eldəniz Hacısağayev məsuliyyətdən yan keçdi ? Ona görədə yanğının səbəbləri araşdırılmalı, günahkarlar öz cəzasını almalıdır.

Cavan 2022-05-26 18:01:58

Azərbaycanda Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarına lazımsız sahə kimi baxırlar.Nə qədər belə olacaq hadisələr baş vercək.Əvvəlcədən bu sahəyə 100 manat xərcləməyənlər sonradan milyonlar itirirlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol