Menu

“Diasporun əlaqələrin normallaşmasına zərbə vurmasına imkan verməməliyik” - TBMM sədri

26.05.2022, 16:11
“Diasporun əlaqələrin normallaşmasına zərbə vurmasına imkan verməməliyik” - TBMM sədri

"Ermənistanla əlaqələrin normallaşmasını region üçün vacib və tarixi hadisə kimi qiymətləndiririk”.

“Report” “Hürriyət”ə istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop deyib.

“Erməni diasporundakı radikal qrupların əlaqələrə zərbə vurmasına, Ermənistana təsir etməsinə imkan verməməliyik. Bütün müvafiq aktorları bu prosesə dəstək verməyə çağırırıq. 1915-ci ildə baş verən hadisələrin soyqırımla heç bir əlaqəsi yoxdur. Həmçinin bu hadisələrin soyqırım kimi qəbul edilməsi üçün beynəlxalq hüquqda göstərilən şərtlərin heç biri yoxdur”, - o söyləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol