Menu

Nazirlik yeni əlillik meyarlarının pensiya alan şəxslərə təsirini açıqlayıb

27.05.2022, 11:24
Nazirlik yeni əlillik meyarlarının pensiya alan şəxslərə təsirini açıqlayıb

“Yeni əlillik meyarları ilə bağlı dəyişiklik bu günə qədər pensiya alan şəxslər üçün heç bir fərq yaratmayacaq. Həmin şəxslər eyni qaydada ödənişlərini ala biləcəklər”.

“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev deyib.

Onun sözlərinə görə, həmin şəxslərin əlillik dərəcələrinin yeni meyarlarda qeyd olunan faiz dərəcələrinə uyğunlaşdırılması sistem tərəfindən avtomatik olaraq dəyişdiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol