Menu

Gələn il TÜRKPA-nın komitə iclası Şuşada keçiriləcək

27.05.2022, 11:53
Gələn il TÜRKPA-nın komitə iclası Şuşada keçiriləcək

Gələn il Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının 8-ci iclası Şuşa şəhərində keçiriləcək.

“Report”un xəbərinə görə, bunu Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən iclasında deyib.

O, parlament sədri Sahibə Qafarovaya müraciət edərək bildirib ki, iclasın may-iyun aylarında keçirilməsi nəzərdə tutulur:

“Hörmətli sədr, bu məsələni sizinlə də müzakirə etməliyik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol