Menu

"“Human Rights Watch” azərbaycanlı əsirlərin orqanlarının çıxarıldığına görə öldüyünü açıqlamışdı” - Deputat

27.05.2022, 12:40
"“Human Rights Watch” azərbaycanlı əsirlərin orqanlarının çıxarıldığına görə öldüyünü açıqlamışdı” - Deputat

““Human Rights Watch” təşkilatının 1994-cü ildə yaydığı hesabatında Ermənistanda əsirlikdə olan Azərbaycan hərbçilərinin orqanları çıxarıldığına onların öldüyü qeyd edilmişdi”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Asim Mollazadə deyib.

Deputat bildirib ki, təşkilat bu hesabatı artıq internetdən yığışdırıb: “Həmin təşkilat o hesabatı 1994-cü ildə çap etmişdi. Lakin hazırda həmin hesabat yox olub, təşkilatın internet səhifəsində də yoxdur. Biz törədilən hərbi cinayətlərin ciddi araşdırılmasını davam etdirməliyik. Azərbaycan hüquq-mühafizə orqanları bu məsələni yenidən qaldırmalır, hərbi cinayətləri törətmiş erməni cəlladları məsuliyyətə cəlb olunmalıdır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol