Bakı metrosu növbəti dəfə sərnişinlərin əsəbləri ilə oynayıb.
Bu gün səhər saat 8 radələrindən başlayaraq metronun “Həzi Aslanov” - “Dərnəgül” stansiyasında sərnişinlər adətən 15-20 dəqiqəyə qət etdikləri yolu 45 dəqiqəyə gediblər. Milli.az xəbər verir ki, qatar metronun “28 May” stansiyasına qədər tuneldə və stansiyalarda ləngimələrlə hərəkət edib.
Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, bu gün saat 07:21 dəqiqədə 12 saylı marşrutun son vaqonunda nasazlıq qeydə alınıb. “Həzi Aslanov” istiqamətində hərəkətdə olan qatar “Qara Qarayev” stansiyasında sərnişinləri boşaldıb dalana verilməklə daha sonra depoya göndərilib.
Bu zaman 7 dəqiqəyə yaxın gecikmə qeydə alınıb. Bunun nəticəsi olaraq intervalın normallaşdırılması üçün bəzi xırda ləngimələr meydana gəlib.


Şərhlər