Menu

Türkiyə və Fransa XİN başçıları telefonla danışıb

29.05.2022, 21:56
Türkiyə və Fransa XİN başçıları telefonla danışıb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fransalı həmkarı Katerina Kolonnayla telefonla danışıb.ЬBu barədə "Report"un yerli bürosuna Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Mövlud Çavuşoğlu fransalı həmkarını yeni vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib.

Danışıq zamanı həmçinin, Türkiyə-Fransa ikitərəfli münasibətləri və Ukraynadakı son vəziyyət müzakirə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol