Ukrayna Ərdoğanın Putinlə danışıqlara dair təklifinə cavab verib

Rəsmi Kiyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ukraynalı və rusiyalı həmkarları Volodimir Zelenski və Vladimir Putini birgə konfransa dəvət etməsinə ilkin razılığını verib.

Bu barədə “Report” “Strana.ua”ya istinadən xəbər verir. Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov bildirib ki, Kiyev Putinin buna razılıq verəcəyi təqdirdə belə bir danışıqlar formatını nəzərdən keçirməyə hazırdır.

"Bu nə dərəcədə doğrudur, onu deyə bilmərəm – həmin razılaşmalar Türkiyə və Rusiya prezidentləri arasında olub. O ki qaldı Ukrayna Prezidenti Ofisinin mövqeyinə, əgər Rusiya Prezidenti buna razılıq versə, biz də buna baxacağıq”, - Nikiforov bildirib.

Qeyd edək ki, hələlik Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Putinlə Ərdoğanın ikitərəfli telefon danışığını təsdiqləyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar