NATO Baş katibinin müavini Mirça Coane əmindir ki, Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı ilə alyans arasında şərq cəbhəsində daha möhkəm mövqe tutmaq məsələsində məhdudiyyət yoxdur.
Bu barədə o, «Frans Press» agentliyinə bəyan edib. Baş katib müavininin sözlərinə görə, hələ 1997-ci ildə bağlanmış «Rusiya-NATO əsas aktı» hazırda mahiyyət etibarilə Rusiyanın fəaliyyəti üzündən işləmir (RİA «Novosti»).
«İndi bizim sərəncamımızda heç bir məhdudiyyət yoxdur ki, şərq cinahında möhkəm movqeyə malik olaq və zəmanət verək ki, hər kvadratmetr NATO ərazisi 5-ci maddə (NATO Nizamnaməsi - Red.) ilə qorunur» - Coane əlavə edib.
«Lenta.ru» xatırladır ki, bundan əvvəl alyansın Baş katibi Yens Stoltenberq göstərib ki, NATO üzvü ölkələrin qarşıdan gələn Madrid sammitində (iyun) blokun Rusiya və Çinə yönəlik mvqeyinə yenidən baxmaq qərarına gəlinib.
AzPolitika.info


Şərhlər