“Formula Azerbaijan Grand Prix 2022” yarışına hazırlıq dövrü keçirilir. Bununla əlaqədar tədbir keçiriləcək marşrut üzrə yollarda hərəkət istiqamətində zolağların azalması, baryerlərin qoyulması süni sıxlıqların yaranmasına səbəb olur. Hərəkət iştirakçılarımızı səbrli, təmkinli olmağa çağırırıq”.
“Report”un xəbərin görə, bunu Bakı şəhər DYP-nin əməkdaşı, polis leytenantı Rüstəm Əhmədli deyib.
O, bu tədbirin dövlət əhəmiyyətli bir tədbir olduğunu nəzərə alaraq əvvəlcədən vəziyyətin düzgün dəyərləndirilməsinə vətəndaş həmrəyliyi nümayiş etdirilməsinə görə bütün hərəkət iştirakçılarına, sürücülərə isə anlayışına görə təşəkkür edib:
“Əlavə olaraq bildiririk ki, hazırda paytaxtın "Azneft" dairəsi, eləcə də Neftçilər prospekti boyunca qoyulan baryerlər bu istiqamətdə süni sıxlıq yaşatdığından cənubdan hərəkətdə olan nəqliyyatın istiqamətinin dəyişdirilməsinə səbəb olur. Ona görə də bu istiqamətə doğru hərəkət edən sürücülərə xahiş edirik ki, Lökbatan dairəsindən 3-cü Kənar Dairəvi yolla hərəkət etsinlər”.


Şərhlər
Bəli dəə.Yenə həmin dalğa,yenə həmin koordinatlar.Şəhərin tam göbəyi,qiymətlər kəllə-çarxda,ilin də tam ortası.Dünya qida təhlükəsizliyiylə uğraşır,camaat şir-pələng saxlayır,bizsə illərdi qurtulammırıq da bu son dərəcə gərəksiz işdən.Mne eto nado?Neft qiyməti kəllə-çarxa çıxan kimi ya Xəzərdə ada qurmaq istəyirik,ya qədimi bir binanı sürüşdürürük,ya Formula düzəldirik.A balam,bir az da özümüzü düşünək də.Bir az da maaşlarımızı,pensiyalarımızı düşünək də.Neft iki dəfə yarımdan da çox qalxıb axı,120 dolları keçib ee nə vaxtdı.Teatr çıxartmaq vaxtıdı?