Menu

"Severodonetsk şəhərinin yarıdan çoxu işğal olunub" - Britaniya kəşfiyyatı

01.06.2022, 10:35
"Severodonetsk şəhərinin yarıdan çoxu işğal olunub" - Britaniya kəşfiyyatı

“Rusiya quru əməliyyatlarını diqqətdə saxlayır”.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatında bildirilib.

“Mayın 30-31-də Severodonetsk şəhərinin küçələrində döyüşlər şiddətlənib. Rusiya qoşunları şəhər mərkəzinə yaxınlaşıb. Həmçinin Rusiya qoşunları şəhərin yarıdan çoxunu işğal ediblər. Rusiya Donbasdan kənarda infrastruktura qarşı uzaqmənzilli raket zərbələri endirməkdə davam edir”, - məlumatda qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol