Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 1-də hakim Ədalət və İnkişaf Partiyası ilə görüşdə bəyan edib ki, Ankara Suriyanın şimalında YPG terror qruplaşmasına qarşı hərbi əməliyyatın keçirilməsinə hazırdır.
"Biz cənub sərhədimiz boyunca 30 kilometrlik dərin bufer zonası yaratmaq niyyətimizin yeni fazasına başlayırıq. Biz Tel-Rifat və Mənbici terrorçulardan təmziləyəcəyik və biz bu işi başqa regionlarda da addım-addım görəcəyik. İndi görərik kim Türkiyənin legitim addımını dəstəkləyir və kim buna əngəl olur”- deyə, Ərdoğan bildirib.
Ərdoğan bildirib ki yeni əməliyyatın əsas məqsədi Suriya ərazisində Türkiyə sərhədi boyunca 30 kilometrlik bufer qurşağının yaradılmasıdır.
Bu arada ABŞ dövlət katibi Entoni Blinken Türkiyəni yeni hərbi əməliyyatdan çəkinməyə və 2019-cu ildə müəyyən edilmiş atəşkəs xəttinə riayət etməyə çağırıb. İyunun 1-də NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündə Blinken deyib ki, ABŞ Türkiyənin bu hərbi əməliyyatına qarşıdır.
Türkiyə sərhəd zonasını terrorçulkardan təmizləmək və sərhəd boyunca 30 kilometrlik təhlükəsizlik qurşağında Suriya qaçqınlarını yerləşdirmək istəyir.
“AzPolitika.info”


Şərhlər