KİYEVDƏ OLMALI OLAN SƏFİR BAKIDA YAXALANDI... - Axundova hələ də vəzifəsinə qayıtmayıb? + FOTO

Ötən gün Bakıda Xalq artisti Brilliant Dadaşovanın Heydər Əliyev sarayında "Ürəklə sizinlə" adlı konsert proqramı baş tutub.

Konsert proqramına çoxdandır görünməyən Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova da qatılıb. "AzPolitika.info" "Bizimmedia"-ya istinadən həmin fotoları təqdim edir:

Qeyd edək ki, Ukraynada müharibə başladıqdan sonra dövlətimizin ali təmsilçisi kimi vəzifə məsuliyyətindən kənar addım ataraq postunu qoyub ölkəsinə gələn Azərbaycan səfiri hələ də bu addımına görə ictimaiyyətdə sərt tənqid olunur.

Üstəlik savaş meydanında hər an ölümlə çarpışan Azərbaycan vətəndaşları olduğu halda Elmira Axundovanın soydaşlarımızın təxliyəsinin təşkilində iştirak etməməsi də sərt şəkildə qınanılır.

Məlumat üçün bildirək ki, Elmira Axundova iki ildir ki, Ukraynada səfir postunu idarə edir. Bu müddətdə xanım səfirin adı nəinki ölkəmizin nüfuzunu qaldıracaq hadisələrdə hallanıb, əksinə o, barəsində yayılan xoşagəlməz informasiyalarla yadda qalıb.

Gah bahalı avtomobillərinə görə, gah Ukraynada yol hərəkəti qaydasını kobud şəkildə pozduğuna görə, gah da kommersiya məsələlərinə görə gündəmə gəlib.

635x100

Şərhlər

Amon 2022-06-03 01:16:32

Bu xanimi cibuti ve ya çada sefir gonderin getsin orda islesin

Elbəyi Qasımov 2022-06-02 21:10:36

Katibə səfir...görəsən kimin katibəsi olub.Görünür böyük xidmətləri olub ....

TT 2022-06-02 19:04:40

XIN ayibciliq )))

ukraynalı! 2022-06-02 19:02:30

Bu adamın əqli cəhətdən sağlamlığına şəxsən mənim şübhəm var.

Roma 2022-06-02 15:16:28

Dilindən, dinindən, Vətən və Millət anlayışlarından uzaq birisinin qəlbi ürəyi Vətən və Millət üçün ağrımaz. O, oğlu ilə birlikdə əyri yollarla milyonlar ələ keçiriblər. 90-cı illərdə Yazıçılar Birliyində katibə işləmiş və sonrada bir neçə dəfə Deputat təyin olunmuş birisində milyonlar hardandır??? Onun səs yazısını zərərçəkənlərdən biri səsləndirsə də xeyri olmadı. Hansısa güclü bir əl onları yəni ana-balanı müdafiə edir. Müdafiə Nazirliyi və ya Müdafiə sənayesi Nazirliyinin tenderlərindən küllü-miqdarda vəsaitlər qapazdayıblar. Ancaq ona gözün üstə qaşın var deyən yoxdur. Qoçu Əsgərin kişmiş yeyən keçisidir....

GƏNCƏ 2022-06-02 14:29:59

Bunu bəyəm hələ tutmayıblar?

ƏDALƏTğ 2022-06-02 13:00:58

O toxunulmazdir .Ona her yerdə yaşil işiqdir

Son yazılar