Menu

Valyuta hərracında bankların dollara tələbi kəskin artıb

02.06.2022, 13:05
Valyuta hərracında bankların dollara tələbi kəskin artıb

İyunun 2-də Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics" xəbər verir ki, hərracda tələb 56,4 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib. Bu isə əvvəlki hərracla müqayisədə 1,8 dəfə çoxdur. Belə ki, mayın 31-də keçirilən hərracda tələb 30,4 milyon ABŞ dolları təşkil edib və tam təmin edilmişdi.

Qeyd edək ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol