Menu

"Rusiya 200 min uşağı Ukraynadan öz ərazisinə deportasiya edib" - Zelenski

02.06.2022, 14:51
"Rusiya 200 min uşağı Ukraynadan öz ərazisinə deportasiya edib" - Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski Moskvanı ukraynalıların davamlı şəkildə məcburi deportasiyası siyasəti yürütməkdə ittiham edib.

APA-nın CNN-ə istinadən xəbərinə görə, Zelenski bildirib ki, müharibə başlayandan Rusiya 200 min uşağı Ukraynadan öz ərazisinə deportasiya edib.

Əlavə edib ki, bunlar körpələr evində olan, valideynlərini itirmiş və ya valideynlərindən uzaq düşmüş uşaqlardır.

Zelenski qeyd edib ki, Moskva deportasiya etdiyi ukraynalıları Rusiyanın ucqar bölgələrində məskunlaşdıraraq onlara Ukrayna ilə əlaqələrini unutdurmağa çalışır.

Ukrayna Prezidenti bildirib ki, müharibə başlayandan Ukraynada 243 uşaq qətlə yetirilib, 446 uşaq yaralanıb, daha 139 uşaq isə itkin düşüb.

Şərhlər

t.ədalət 2022-06-02 20:49:52

Putin,güman ki həmin günahsız körpələrin əzalarını satışa çıxaracaq..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol