Menu

Zaqatalada itkin düşən turistin tapılması üçün mükafat təyin olunub - FOTO

02.06.2022, 14:52
Zaqatalada itkin düşən turistin tapılması üçün mükafat təyin olunub - FOTO

Zaqatala rayonunda itkin düşən Hindistan vətəndaşının tapılması üçün mükafat təyin olunub.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu bu il mayın 13-də Zaqatalada itkin düşən Hindistan vətəndaşı Manikanth Kondaveetinin qardaşı Dharan Kondaveeti açıqlayıb. O, qardaşını tapan şəxsə 10 000 manat pul mükafatı verəcəklərini bildirib.

Dharan Kondaveeti qardaşı ilə sonuncu dəfə 12 mayda əlaqə saxladıqlarını, daha sonra onun tək halda meşəyə yollandığını, bir daha ondan məlumat ala bilmədiklərini deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol