Menu

General Rövşən Əkbərov müalicə müəssisəsinə yerləşdirilib

02.06.2022, 16:36
General Rövşən Əkbərov müalicə müəssisəsinə yerləşdirilib

Qəsdən adam öldürməkdə təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilmiş, sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun səhhətində problem yaranıb.

APA-nın əldə etdiyi xəbərə görə, sabiq birlik komandiri hazırda Pentensiar Xidmətin müalicə müəssisəsində müalicə olunur.

Ədliyyə Nazirliyinin Tibb xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Rövşən Əkbərov xroniki xəstəlikləri olduğu üçün müalicə müəssisəsində həkim nəzarətində saxlanılır: “Hazırda səhhəti stabildir, sağlamlıq durumunda həyati təhlükəli hallar izlənilmir".

Şərhlər

t.ədalət 2022-06-02 18:42:35

İndi,deyəsən ,həbsdən yasyınmaq üçün ən yaxşı priyom xəstəxana oyunudur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol