Menu

Polşa Ukraynaya verdiyi silahlara görə Aİ-dən yüz milyonlarla avro alacaq

03.06.2022, 09:39
Polşa Ukraynaya verdiyi silahlara görə Aİ-dən yüz milyonlarla avro alacaq

“Polşa Ukraynaya çatdırılan silahlara görə Avropa İttifaqından yüz milyonlarla avro alacaq”.

“Report”un məlumatına görə, bunu Polşanın Baş Naziri Mateuş Moravetski bəyan edib.

Polşa Ukraynaya bir neçə yüz tank, özüyeriyən haubitsa, minaatan, döyüş sursatı, pilotsuz təyyarələr, döyüş təyyarələri üçün ehtiyat hissələri və digər silahlar verib.

“Ukraynaya müdafiə silahlarının təhvil verilməsi ilə bağlı Avropa İttifaqından dəstək alacağıq. Xüsusi büdcə işə salınıb və bunlar yüz milyonlarla avrodur” - , o, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenlə keçirdiyi birgə mətbuat konfransında deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol