Ədliyyə Nazirliyi avtomatlaşdırılmış sistemlər, informasiya-kommunikasiya avadanlığı və şəbəkə infrastrukturununun saxlanılması və inkişaf etdirilməsi, habelə ona texniki dəstəyin göstərilməsi ilə bağlı elan etdiyi açıq tenderin qalibini açıqlayıb.
6,585 milyon manatlıq tenderin qalibi "Bestcomp Group" MMC-dir.
Xatırladaq ki, "Bestcomp Group" MMC bundan əvvəl Ədliyyə Nazirliyinin struktur qurumlarının istismarında olan avtomatlaşdırılmış sistemlər, informasiya-kommunikasiya avadanlığı və şəbəkə infrastrukturununun saxlanılması və inkişafı, habelə ona texniki dəstəyin göstərilməsi üzrə xidmətlərin satınalınması üzrə 2 140 715 manatlıq tenderini qazanıb /"Fed"


Şərhlər
Ölkədə nəzarətsiz buraxılmış tender oyununun büdcəyə nə qədər zərər verdiyini,nə qədər vəsaitlərin mənimsənilməsinə imkan yaradıldığının fərqində olan qurum niyə yaradılmır? Millətin pulu niyə göyə sovrulur?Lazım olmayan halda belə yalan smetalar tutub öz şirkətlərinə ötürülən layihələrlə niyə maraqlanan yoxdur? Idliyyənin bu məbləğdə yalan tenderindən qazanan kimlərdir?