KORRUPSİYA İDARƏSİ BU RAYONLARDA ƏMƏLİYYAT KEÇİRDİ - Həbs edilərin vəzifəli şəxslərin SİYAHISI (Yeniləndi)

Baş Prokurorluq və İqtisadiyyat Nazirliyi birgə məlumat yayıb. Məlumatda deyilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və bir sıra rayonların bələdiyyələrin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar həmin Nazirlikdən daxil olmuş məlumat əsasında keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış əməliyyat-istintaq tədbirləri ilə 2020-2022-ci illər ərzində Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin Torpaq bazarının təşkili sektorunun müdiri vəzifəsində işləyən İldırım Məmmədovun həmin sektorun baş məsləhətçisi Əsəd Nəsibov, Xidmətin Şəki ərazi şöbəsinin rəisi Mübariz Paşayev, Qazax ərazi şöbəsinin rəisi Ehtiram Eyvazov, Beyləqan rayon şöbəsinin rəisi Elsevər Paşayev, eləcə də bələdiyyələrin və digər aidiyyəti qurumların vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar müvafiq ərazi şöbələrinin yurisdiksiyasına daxil olan ərazilər üzrə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair müsbət rəyin verilməsinə görə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitlərini rüşvət qismində almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında İldırım Məmmədov, Əsəd Nəsibov, Mübariz Paşayev, Ehtiram Eyvazov və Elsevər Paşayevə Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə bu və digər xüsusatların tam, hərtərəfli yoxlanılmaqla digər təqsirli şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Beyləqanda əməliyyat keçirməsi barədə xəbər vermişdik.

“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, əməliyyat tədbirləri nəticəsində İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki, Qazax və Xaçmazda yerləşən Ərazi Şöbələrində də axtarışlar aparılıb. Həmin idarələrin bir neçə vəzifəli əməkaşı saxlanılıb.

Qeyd edək ki, əməliyyat çərçivəsində qurumun Beyləqan Ərazi şöbəsinin müdiri Elsevər Paşayev də saxlanılıb.

Baş İdarənin həyata keçirdiyi əməliyyatın nəticələri ilə bağlı ictimaiyyətə geniş məlumatın verilməsi gözlənilir.

635x100

Şərhlər

QAXLİ 2022-06-05 18:13:02

Qaxda bundan da beş betər vəziyyətdir.Sadəcə Qax Əhmədzadələrin nəzarətində olduğu üçün səs çıxmır.Əhmədzadələrin göstərişi,Musa Şəkiliyevin nəzarətı olmasa bir qarış torpaq satmaq və yaxud almaq heç kəsə nəsib olmayıb hələ.

xidmətdən 2022-06-04 15:16:50

Bu saxtakarlıqları əmlaka gətirən indi cəlilabadaın icra başçısı ğlan rafiq cəlilov olub.ildırım onun tələbəsi oluf ildırım hələ binəqədi əmlakınında müdür olanda rafiklə bu saxtakarlıqla məşqul olmasın hamı bilirdi niyə 2020-2022 *ci illəri yoxlayırlar.korrupsiya idarəsi 2007-ci ildən bəri yoxlasın görsün bu cür faktlar minlərıədir.

Şəkili 2022-06-03 23:39:05

Şəki Əmlak məsələləri Dövlət Xidməti, şəxsi maraqlarına xidmət edən, işlədiyi dövr ərzində qanunsuz torpaqları, əmlakları ələ keçirən, indidə satıb var-dövlət qazanan Nəbi Hüseynbəylinin əməlləri, yəni onun satdıqları əmlakları, torpaqları araşdırılmalı və əməlinə hüquqi qiymət verilməlidir !

Eli 2022-06-03 17:31:15

Emlak meseleleri cidmeti nerbad gündedir.daha doğrusu berbad güne qoyulub.Bir ilden artıq müddetdir ki,Prezidentin müvafiq germanına esasen respublikada kend teserrüfatınsa verendaşlaea verilen pay torpaqlarının yerlerinin deqiqlqşdirilmesi aparılıb ve ehaliye de defelerle deyilib ki qısa müddete pulsuz Çıxarışların verilmesi remin edilecekdir .Bu günedek heç bir xeber yoxdur göresen niye? Yoxsa Prezident elave bir Ferman da imzalamalıdır.Niye İqtisadiyyat nazirliyi bu günefek bı meseleni hell etmek istemir.

Prezidentini sevən 2022-06-03 15:36:58

Şəkinin torpaqlarını və obyektlərini qanunsuz ələ keçirən "Quldur ləqəbli" Nəbini həbs etmək vaxtı gəlib çatdı ? O satan əmlaklarının siyahısını "Asan" xidmətdən çıxartmaq lazımdır və necə ələ keçirdiyini özündən soruşub onun əməllərinə hüququ qiymət vermək lazımdır ???

Son yazılar