Birləşmiş Millətlər Təşkilatının (BMT) müstəqil beynəlxalq komissiyası Ukraynadakı qanun pozuntularını araşdırmaq üçün orqandır və BMT insan haqları Şurası tərəfindən səlahiyyət alıb.
BMT Müstəqil Beynəlxalq Komissiyası üzvləri insan haqları və humanitar hüquq üzrə Ukraynada özünün birinci missiyasını bu ölkəyə 7-16 iyun 2022-ci ildə səfəri zamanı həyata keçirəcək.
Bu barədə komissiyanın press-relizində deyilir. Qeyd edilir ki, komissarlar bir neçə şəhərə səfər edəcəklər, xüsusilə Lvov, Kiyev, Xarkov və Sumı şəhərlərinə gedəcəklər və ehtimal olunan pozuntular barədə ilk mənbələrdən informasiya alacaq, həm də zərər çəkmiş insanlarla, şahidlərlə görüşəcəklər və insanların daxili yerdəyişməsi barədə məlumat alacaqlar.
Gözlənilir ki, komissiyada iştirak edən 3 komissar Erik Mose, Yasminka Cumuxur və Pablo de Qreyf hökumət nümayəndələri ilə (əsas nazirlər, mülki cəmiyyət və BMT agentləri də daxil) görüşəcəklər və Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.
AzPolitika.info


Şərhlər