Menu

"İsveç və Finlandiya NATO-ya daxil olarsa, Rusiya sahil zolağı..." - ABŞ generalı

05.06.2022, 12:22
"İsveç və Finlandiya NATO-ya daxil olarsa, Rusiya sahil zolağı..." -  ABŞ generalı

İsveç və Finlandiyanın NATO-ya daxil olması Rusiyanın Baltik dənizindəki mövqeyini zəiflədəcək. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli deyib.

"İsveç və Finlandiya NATO-ya daxil olarsa, Rusiya sahil zolağının yalnız kiçik bir hissəsini nəzarətdə saxlayacaq - Sankt-Peterburq və Kalininqrad ətrafında. Sahilin qalan hissəsi Alyansın nəzarətində qalacaq ki, bu da hərbi-siyasi blokun mövqelərini əhəmiyyətli dərəcədə gücləndirəcək", - ABŞ generalı bildirib.

Millinin sözlərinə görə, Baltik strateji baxımdan çox vacibdir, o, dünyanın ən böyük dəniz yollarından biridir.

Mayın 18-də Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün müraciət ediblər. Həmin gün Alyansın səfirləri Skandinaviya ölkələrinin hərbi-siyasi bloka qoşulması ilə bağlı danışıqlara başlamaq üçün bir araya gəliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol