Menu

Qazaxıstanda xaricə qanunsuz çıxarılan pulların qaytarılması üçün komissiya yaradılıb

05.06.2022, 13:06
Qazaxıstanda xaricə qanunsuz çıxarılan pulların qaytarılması üçün komissiya yaradılıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkə vətəndaşlarının xaricə qanunsuz çıxardıqları vəsaitlərin qaytarılması üçün idarələrarası komissiyanın yaradılması haqqında fərman imzalayıb.

“Report” xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

“Prezident Qasım-Jomart Tokayevin fərmanı ilə Qazaxıstan vətəndaşlarının xaricə qanunsuz çıxardıqları vəsaitlərin qaytarılması üzrə kompleks işlərin görülməsi üçün Baş prokurorun rəhbərlik etdiyi idarələrarası komissiya yaradılıb”, - məlumatda deyilir.

Dövlət başçısının komissiyanın fəaliyyətinə şəxsi nəzarəti həyata keçirmək niyyətində olduğu vurğulanır.

Şərhlər

Seyid ƏNHU 2022-06-05 15:04:08

Axır ki Qazaxıstan da öz konstitusiyasını rüsvayçı feodal elementlərindən təmizləməyə başlayıb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol