RUSİYA ORDUSUNUN DAHA BİR GENERALI ÖLDÜRÜLÜB - FOTO

Rusiya ordusunun daha bir generalı Ukraynada öldürülüb.

Bu barədə “Report” Ukrayna mətbuatına istinadən xəbər verir.

Məlumata görə, bu gün Artemovsk-Lısiçansk şosesi yaxınlığında gedən döyüşlər zamanı Rusiya ordusunun general-mayoru Roman Kutuzov öldürülüb.

Məlumatı “InformNapalm” layihəsi də təsdiqləyib.

Qeyd edilir ki, təbliğatçılar da həmçinin Ukraynaya qarşı müharibədə daha bir rus generalının həlak olması barədə məlumat yayıblar. Söhbət Artemovsk-Lısiçansk magistral yolu istiqamətində həlak olan general-mayor R.Kutuzovdan gedir.

Generalın ölüm şəraiti açıqlanmır, lakin onun “dünyadan əsgər kimi, döyüşçü kimi getdiyi” qeyd edilir.

635x100

Şərhlər

Əhməd 2022-06-06 09:03:46

Xalqları bir-birinə vurub, liderlik edən imperiyalar dağılmalıdır. İşğalçılara ölüm. Allahın lənəti üzərlərinə olsun.

TT 2022-06-06 05:52:18

Yeqinki cehenneme dûshûb )

Vuqar Memmed.oglu 2022-06-06 00:29:33

Növbə RUSTƏM MURADOVUN DUR,nəsə hiss edirəm! İNSALLAH!Bu qədər günahsız insanın ölümünə bais putin,Allah tez .ə sənində cəzanı verər!

Vətəndaş 2022-06-05 23:44:47

İşğalçı ordunun axırı belə olmalı idi. Gorbagor olsun.

Rasim QUliyev 2022-06-05 22:43:18

Belələrinə heç rəhmət də düşmür.366 çox alayın Qarabağda ne etdiyini görmüşük

Son yazılar