AZƏRBAYCANDA NAZİRLİYİN VƏZİFƏLİ ŞƏXSLƏRİ HƏBS OLUNDU - Rəsmi məlumat

Mədəniyyət Nazirliyinin Şəmkir Regional Mədəniyyət İdarəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, İdarənin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı daxil olmuş vətəndaş müraciəti əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Aparılan əməliyyat-istintaq tədbirləri ilə Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Azər Rəcəbovun həmin idarənin İnsan resursları şöbəsinin rəisi Ələkbər Əliyev və məsləhətçisi Seymur Səfərov ilə qabaqcadan əlbir olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar ümumi himayədarlıq, yəni ayrı-ayrı şəxslərdən vəzifəyə təyin edilmələri, vəzifədə qalmaqla fəaliyyətini davam etdirmələri, eləcə də idarənin balansında olan klubların ixtisar edilməməsi müqabilində 2021-ci ilin dekabr ayından başlamaqla ayrı-ayrı şəxslərdən 102 min manat məbləğində pul vəsaitini rüşvət qismində almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Azər Rəcəbov, Ələkbər Əliyev və Seymur Səfərova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilməklə, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət törətmiş şəxslərin dairəsinin və onların digər qanunsuz əməllərinin müəyyən olunması istiqamətində zəruri istintaq, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

635x100

Şərhlər

Şəkili 2022-06-09 23:20:09

Cənab Nazir , Tərtlan Nəsibovu hansı göstəricələrinə görə Şəki Regional Mədəniyyət İdarəsinə müdir təyin etmisən . Tərlan Nəsibov İcra haskimiyyəti başçısının müavini Zərinə Cavadovun kadrıdır. o hər yerə öz yarıtmaz kadrlarını təyin etdirir....?

atat 2022-06-07 06:55:39

Rûshvet Azerbaycanda adi hala cevrilib)Hami bilir amma sûbut yoxdu ,,,,, mûemmalidi heee ?

Şəki-Bazar ASC-nin səhmdarı 2022-06-06 23:30:51

"Şəki-Bazar" ASC-i 2001-ci ildən Vergidən yayınma hallarına yol verməsinə baxmayaraq Vergi əməkdaşları tərəfindən göz yumulur ? İldə ən azı 600,0 - 700,0 min manat vergidən yayınma hallarına yol verməsinə baxmayaraq heç bir tədbir görülmür və bu səbəbli səhmdarlar qanuni dividentlərindən məhrum olunublar .Şəki - Bazart ASC - nin arxasında kim durursa, külli miqdarda vergidən yayınma hallarına yol vermələrinə baxmayaraq, vergi əməkdaşları kiçik obyektlərdə yoxlama aparırlar, ancaq Bazar kimi nəhənc vergi ödəyicisi olan obyektdən qanuni verginin ödənilməsini tələb etmirlər və qanuni tədbirlər görmürlər ??? Nə üçün Şəki Bazarına baxan vergi əməkdaşları haqqında qanuni tədbirlər görülmür ???

Baba 2022-06-06 23:24:10

Cənab Nazir ,Tərlan Nəsibovu Şəki Regional Mədəniyyət İdarəsinə müdir təyin etməklə nazirliyin işgüzar nüfuzuna xələl gətirib ?

t.ədalət 2022-06-06 16:02:52

Hər-halda regional idarənin rəisi nazirdən xəbərsiz heç nə etmir..

Şəkidən 2022-06-06 15:38:00

Mədəniyət naziri hara baxır? Sekiye mudur qoydugu terlanin atasinin ogurluq emeline gore isden qovuldugunu bilmirdi? Prezident tapsirib layiq olmuyanlari ise goturmeyin. medeniyet naziri ise gor kimi ise goturur. yaziq medeniyet yaziq seki

Bulud 2022-06-06 15:14:56

Azər Rəcəbov Ağdaş regional ən rəisi Səxavət Məmmədova baxanda toya getməlidir.

Seyid ƏNHU 2022-06-06 14:49:44

ÇOVDAROVUN ƏFFİNDƏN SONRA DÜNYANIN BÜTÜN CİNAYƏTKALARI MƏNƏVİ OLARAQ AZADLIQ HÜQUQU QAANIB.

Son yazılar