Menu

Onkoloji xəstəliklər icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edilə bilər

06.06.2022, 13:31
Onkoloji xəstəliklər icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edilə bilər

"Azərbaycanda onkoloji xəstəliklərin icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edilməsi nəzərdə tutulur, bu istiqamətdə araşdırma aparılır". "Report"un xəbərinə görə, bunu bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

O qeyd edib ki, onkoloji xəstəliklərlə bağlı xüsusi dövlət proqramı var:

“Amma tələb çox olduğuna görə növbəti illərdə biz onkoloji xəstəlikləri xidmətlər zərfinə sala bilərik. Biz bu istiqamətdə araşdırmalar aparırıq, onkoloji xəstəliklərin xərclərini müəyyən etmək istiqamətində işlər həyata keçiririk”, - deyə Z.Əliyev əlavə edib.

Şərhlər

t.ədalət 2022-06-06 16:04:15

Onkoloji xəstəxanada,Füzuli demişkən,rüşvət olmayanda adamın salamını belə almırlar..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol