Menu

Bakıda “Land-Rover”lə “KamAZ” toqquşub - Ölən var

07.06.2022, 09:58
Bakıda “Land-Rover”lə “KamAZ” toqquşub - Ölən var

Bakıda “Land-Rover”lə “KamAZ” toqquşub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə iyunun 6-sı saat 18 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, paytaxt sakini Vahid Eyvazovun idarə etdiyi “Land-Rover” və Qəbələ rayon sakini V.Rəşidovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən V.Eyvazov ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol