Menu

Bakıda polis bölməsinin qarşısında özünü yandıran qadın ölüb

07.06.2022, 10:32
Bakıda polis bölməsinin qarşısında özünü yandıran qadın ölüb

Bakıda polis bölməsinin qarşısında özünü yandıran qadın ölüb.

“Report”un xəbərinə görə, 32 yaşlı Nanə Quliyeva (ad, soyadı şərti) müalicə aldığı Respublika Yanıq Mərkəzində vəfat edib.

TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, iyunun 5-i saat 00:30-da Mərkəzə yerləşdirilən yaralı həkimlərin müdaxiləsinə baxmayaraq, həmin gün saat 14:40-da dünyasını dəyişib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, hadisə iyunun 5-də gecə saatlarında Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin qarşısında qeydə alınıb.

Belə ki, N.Quliyeva tanışının polis əməkdaşları tərəfindən saxlanılmasına görə, üzərinə benzin tökərək özünü yandırıb. Polislərin müdaxiləsindən sonra alovu söndürülmüş və qadın Respublika Yanıq Mərkəzinə yerləşdirilmişdi.

Şərhlər

t.ədalət 2022-06-07 11:21:54

İcb.tibbio sığortanın tətbiqindən ,yəni həkimlərin rüşvət alma imkanı məhdudlaşandan sonra xəstəxanalarda ölüm sayı artır.Dövlət müalicə həkimləri qarşısında ciddi vəzifələr qoymalı,səhlənkarlıq edən həkimlər,başda xəstəxana rəhbərləri cinayət cəzasına cəlb olunmalıdırlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol