Menu

“Aİ Rusiyaya qarşı altıncı sanksiyalar paketini izahat vermədən yumşaldıb” - Ukrayna Prezidentinin Ofisi

08.06.2022, 08:52
“Aİ Rusiyaya qarşı altıncı sanksiyalar paketini izahat vermədən yumşaldıb” - Ukrayna Prezidentinin Ofisi

“Avropa İttifaqı Rusiyaya qarşı altıncı sanksiyalar paketini izahat vermədən yumşaldıb”.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

“Birincisi, Avropa İttifaqı Şurası altıncı sanksiyalar paketində Rusiyanın bulud xidmətlərinin bloklandığını elan edir. Sonra mesajı redaktə edir, oradan bulud texnologiyalarına istinadları silir”, - o deyib.

Onun sözlərinə görə, hələlik rəsmilərdən heç bir aydınlıq və ya izahat yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol