Menu

Koalisiya qüvvələri Suriyada hədəfini dəyişib

06.11.2014, 17:31
Koalisiya qüvvələri Suriyada hədəfini dəyişib

Suriyada böhranı müşahidə edən qrupun bildirdiyinə görə, Birləşmiş Ştatların başçılıq etdiyi koalisiya qüvvələri keçən gecə İŞİD-lə əlaqəsi olmayan iki İslamçı yaraqlı dəstəsini hədəf alıb.

Baş qərargahı Britaniyada yerləşən Suriya İnsan Haqlarının Müşahidəsu qrupu hücumların keçən gecə Suriyanın şimal-şərqi İdlib vilayətindəki Nursa Cəbhəsinə qarşı həyata keçirildiyini bildirib. Bu, sentyabr ayından bəri Əl-Qaidə ilə əlaqəsi olan yaraqlı qrupa qarşı ikinci hava hücumudur.

Nursa Cəbhəsi keçən həftə həmin bölgədə Qərbin dəstəklədiyi döyüşçüləri məğlub etmişdi.

Müşahidəçilər eləcə də, bu gün digər Türkiyə ilə sərhəd yaxınlığında fəaliyyət göstərən Əhrar Əl-Şam İslamçı dəstəsinin də koalisiya qüvvələri tərəfindən hədəf alındığını bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol