Menu

İrəvan hava limanı minalanıb

08.06.2022, 16:49
İrəvan hava limanı minalanıb

Ermənistanın paytaxtı İrəvandakı Zvartnots hava limanı naməlum şəxslər tərəfindən minalanıb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hadisə yerinə istehkamçılar, yanğınsöndürənlər, böhrana cavab mərkəzinin operativ qrupu cəlb olunub.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təyyarəsi bir neçə dəqiqə öncə hava limanına eniş edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol