Menu

2,83 milyard dollarlıq müqaviləyə yenidən baxılsın – Çin “Taliban”dan tələb edir

09.06.2022, 15:16
2,83 milyard dollarlıq müqaviləyə yenidən baxılsın – Çin “Taliban”dan tələb edir

Çin şirkəti Aynak Loqar mis hasilatı layihəsi üzrə müqaviləyə yenidən baxılmasını tələb edib.

“Bakhtar” dövlət xəbər agentliyinin məlumatına görə, Çin dövlət müəssisəsinin rəsmiləri “Taliban”ın Baş nazirinin müavini Əbdül Salam Hənəfi ilə görüşərək Aynak Loqarda mis hasilatı layihəsinə başlamaq üçün fundamental məsələlərin həllinə çağırıb, onlar Mes Aynakda - Kabildən 40 km cənub-şərqdə, Loqar vilayətinin boş ərazisində yerləşən sahə üçün müqavilənin təkrar müzakirə olunmasını istəyib. Bu ərazidə dünyanın ikinci ən böyük mis yatağı var. Aynak mədəni dünyada ikinci ən böyük mis filizi yatağı hesab olunur və yatağın 5,5 milyon metrik ton yüksək keyfiyyətli mis filizi olduğu təxmin edilir.

Xəbərlərdə bildirilir ki, bu ilin mart ayında şirkət 2008-ci ildə Əşrəf Qəni başda olmaqla Əfqanıstanın o zamankı hökuməti ilə imzaladığı müqaviləyə yenidən baxılmasını israr edib.

Bu həftə həmçinin, Mədən və neft naziri vəzifəsini icra edən Şeyx Şahabuddin Delavar Çinin Əfqanıstandakı səfirinin müavini Denq Yanan və onu müşayiət edən nümayəndə heyəti ilə də görüş keçirib. Görüşdə adıçəkilən layihəsinin dinamikası ilə bağlı son inkişaflar müzakirə edilib.

Xatırladaq ki, Aynak, ölkənin 2000-ci illərin əvvəllərində ölkədən kənarda əsas aktivlərin əldə edilməsinə dair milli siyasəti təşviq etmək üçün həyata keçirilən “Go Out” təşəbbüsü zamanı Çin mis sənayesinin ilk böyük xaricə investisiyalarından biri idi.

2007-ci ildə Çində o zamanlar ən böyük təmizlənmiş mis istehsalçısı olan Jiangxi Copper, dövlətə məxsus Minmetals şirkətinin törəmə şirkəti olan China Metallurgical Corporation (MCC) ilə əməkdaşlıq edərək, Əfqanıstan hökuməti ilə layihənin inkişafı üçün 2,83 milyard ABŞ dolları dəyərində müqavilə imzalayıb.

Bununla belə, keçən ilin avqust ayında “Taliban”ın ölkəni ələ keçirməsindən sonra Aynak mis mədəni də daxil olmaqla, böyük metal və mineral ehtiyatlarının taleyi unudulub. Eyni zamanda, mədənin açılışının uzun müddət gecikməsinin səbəblərindən birinin də təhlükəsizliyin pisləşməsi olduğu bildirilir.

Aynakın yerləşdiyi Loqar, Əfqanıstanın təhlükəsiz əyalətlərindən biri kimi siyahıya alınıb, çünki “Taliban” və digər üsyançı qruplar Loqarın bir neçə bölgəsində də fəaldır.

Həmçinin, beynəlxalq mediada Aynakdakı bir Buddist arxeoloji abidəsinin və onun qalıqlarının təhlükə altında olduğu, tədbir görülməsə, çinli mədənçilər tərəfindən söküləcəyi barədə geniş məlumat yayılmışdı.

Aynak qalası və qədim mis mədənlərinin dağıntıları altında basdırılmış daha qədim Tunc dövrü yaşayış məskənlərinin sübutu kimi 5-6-cı əsrlərə aid çoxsaylı Buddist monastırları da daxil olmaqla 20-dən çox xarabalıqdan ibarət geniş kompleksdir.

L.SƏMLA

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol