Menu

“Hər 5 dəqiqədə Ukraynada bir işğalçını məhv edirlər” - Bratçuk

09.06.2022, 16:13
“Hər 5 dəqiqədə Ukraynada bir işğalçını məhv edirlər” - Bratçuk

Hər 5 dəqiqə ərzində Ukraynada minimum bir işğalçını məhv edirlər. Bu barədə Odessa vilayəti spikeri Sergey Bratçuk xəbər verib.

Onun sözlərinə görə, Odessada və vilayətdə ötən gecə hava həyacanı siqnalı altında keçib, amma atəşsiz ötüşüb.

O, xəbər verib ki, Cənub istiqamətində Ukrayna Silahlı Qüvvələri düşmən mövqelərinə zərbələr endirib.

“Bir neçə döyüş texnikası, sursatla dolu anbarlar, müəyyən qədər şəxsi heyət məhv edilib” – deyə, Bratçuk bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol