Menu

Sabir Rüstəmxanlıdan biletlərin bahalaşmasına etiraz - "Naxçıvanın vəziyyəti nəzərə alınmalıdır"

09.06.2022, 16:32
Sabir Rüstəmxanlıdan biletlərin bahalaşmasına etiraz - "Naxçıvanın vəziyyəti nəzərə alınmalıdır"

“Naxçıvan üçün təyyarə biletlərinin qiymətinin 50 manatdan 60 manata qədər bahalaşması doğru deyil. Bir halda ki, cənab Prezident İlham Əliyevin də AZAL-ı tənqid etdiyini deyirlər, yəqin ki, həlli yolları axtarılar. Hər kəs AZAL-da biletlərin baha olmasından şikayət edir. Bilmirəm, hansı şərtlərə görə AZAL biletləri bahalaşdırır”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı deyib.

“Naxçıvan hansı şəraitdədirsə, biz bunu bilirik. Quru yolları bağlıdır. Naxçıvandan Azərbaycanın digər bölgələrinə yalnız hava yolları vasitəsilə gediş-gəliş mümkündür. Ailəsinin bir hissəsi Naxçıvanda yaşayanlar var. Bəziləri tez-tez getməyə məcburdur. Bu, nəzərə alınmalıdır. Dövlətə ziyan da dəysə, müəyyən subsidiya ayrılmalı olsa belə, Naxçıvanın vəziyyəti nəzərə alınmalıdır. AZAL vətəndaşların maddi durumuna uyğun bilet qiymətləri müəyyənləşdirməlidir”, - deputat bildirib.

Şərhlər

dadaşyev 2022-06-11 07:34:19

Bir qonşum var,JEK müdiridi,alt dodağına bir parça quyruqkababı qoyub xoş günlərin şərəfinə azı 10 dəqiqə tost deyə bilir məclislərdə.Nə möcüzədirsə,dodaqlar tərpənir,amma quyruqkababaı elə bil yapışır dodağına,dodaqla birlikdə o da atılıb düşür,amma ağzından düşmək bilmir.Mən evdə sınadım,quyruqkababı əvəzinə bir tikə kolbasa qoydum alt dodağıma,bir-iki kəlmə deməmiş düşdü ağzımdan.Camaat nətər eliyir bunu,qanammıram.Xoşbəxt adamlar var da.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol